Dünya

Su altında qalan kimya zavodunda partlayış

  • 31 Aug 2017
  • 237 baxış

Su altında qalan Hyuston şəhərindən 30 kilometr məsafədə yerləşən "Arkema" şirkətinin kimya zavodunda partlayışlar başlayıb.

XalqTV.com  Report-a istinadən xəbər verir ki, zavod ərazisindən partlayış səsləri eşidilir, binadan qara tüstü çıxır.

Partlayışların nəticələri zavodun yerləşdiyi Krosbi şəhərinin sakinləri üçün təhlükəli ola bilər. Texas polisinin məlumatına görə, artıq polislərdən biri tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Daha 9 polis məmuru isə tibbi müayinədən keçirilir.

"Arkema" zavodu Hyustondan 34 kilometr aralıda yerləşən Krosbi şəhərindədir. Zavodun fəaliyyəti avqustun 25-də, "Harvi" qasırğası başlamazdan əvvəl dayandırılıb. Lakin qasırğanın səbəb olduğu leysan yağışlara görə zavod ərazisini su basıb və elektrik təchizatı kəsilib. Ehtiyat generatorlar da su altında qalıb. Nəticədə zavodun soyutma sistemi enerjisiz qalıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR