idman
Runi bir gecəyə yarım milyon uduzub
"Mançester Yunayted"in kapitanı Ueyn Runi növbəti dəfə şəxsi həyatı ilə bağlı gündəmə gəlib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "The Sun" nəşri onun bir gecəyə kazinoda 500 min funt uduzması barədə məlumat yayıb. "Manchester 235" kaziosunda blek cek və rus ruleti oynayan 31 yaşlı hücumçu 2 saat qumar masası arxasında olub. Spirtli içki qəbul etsə də, sərxoş olmayıb. Runinin həyat yoldaşı Kolin və uşaqları Avropada səyahətdədir. Futbolçu yaranmış fürsətdən istifadə edib kazinoya gəlib.
XalqTV.com
RƏYLƏR