Siyasət
Azərbaycan və Aİ yeni danışıqlar planlaşdırırlar
Azərbaycan və Avropa İttifaqı "Aİ ölkələri və Azərbaycan arasında vahid aviasiya məkanı haqqında Saziş" üzrə danışıqların növbəti mərhələsini keçirmək niyyətindədirlər.
XalqTV.com xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.
Bakıda keçiriləcək görüş zamanı sazişin yekun variantının razılaşdırılacağı gözlənilir.
Azərbaycan və Aİ dördillik fasilədən sonra bu sazişlə bağlı danışıqları bərpa etmək qərarına gəliblər. İyul ayında Brüsseldə tərəflər arasında danışıqlar keçirilmiş, sənədlərin böyük hissəsi razılaşdırılmışdı.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR