Siyasət

Fuad Muradov kanadalı deputatın Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı müraciət etdi

  • 30 Aug 2017
  • 227 baxış

Bəzi erməni KİV-lərində Kanada parlamentinin üzvlərinin də daxil olduğu nümayəndə heyətinin Dağlıq Qarabağa səfərləri haqqında yayılan məlumatla bağlı Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Fuad Muradov bəyanat verib.

XalqTV.com-ın məlumatına görə, bəyanatda deyilir: "Məcid -əl-Şəfi adlı bir nəfər özünü Kanada nümayəndə heyətinin rəhbəri kimi təqdim edib və bir qrup şəxslə Ermənistanda səfərdədir. O, özü Kanada parlamentinin üzvü olmasa da mətbuatda "Kanada Parlamentinin nümayəndə heyətinin rəhbəri" kimi təqdim olunub. Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupu olaraq öz həmkarlarımıza müraciət edərək bildiririk ki, sözügedən "nümayəndə heyətinin" tərkibində Konservativ partiyanın üzvü Toni Klement adlı deputat da var. Əldə etdiyimiz məlumata görə, həmin "nümayəndə heyəti" işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməyi planlaşdırır. Biz Kanada parlamentinə müraciət edərək beynəlxalq hüquq və normalara hörmətlə yanaşmağı, Toni Klement kimi insanlara bu cür səfərlərin qadağan olduğunu izah etməyi, sülh və sabitliyin pozulmasına yönəlmiş qızışdırıcı mövqeyindən əl çəkməsini tələb edirik. İnanırıq ki, Azərbaycan-Kanada əməkdaşlığı naminə, eyni zamanda beynəlxalq qanunlara riayət edərək belə məsuliyyətsiz addımlar atılmayacaq. Bir daha bəyan edirik ki, Azərbaycan regionda sülh və sabitliyin qorunub saxlanmasının tərəfdarıdır."

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR