idman
Berti Foqts əsəbləşdi: "Futbol gülünc vəziyyətə düşür"
Hazırda necə istifadə olunduğunu nəzərə alsaq, hakimin video assistentinin (VAR) heç bir mənası yoxdu.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Berti Foqts deyib.
Zəngin karyerası ərzində Azərbaycan millisinin də baş məşqçisi olmuş, Almaniya yığmasında isə həm futbolçu, həm çalışdırıcı kimi Avropa çempionluğu qazanan mütəxəssis videotəkrarın əleyhinə çıxıb. O, Bundesliqanın ilk iki turunda istifadə olunan bu yeniliyin futbolun ziyanına olduğunu düşünür: "Bu gözəl idman növünü məhv edə bilmərik. 5-6 ildən sonra heç kim Bundesliqa oyunlarını izləməsə, təəccüblənməyə dəyməz. Biz ona doğru gedirik ki, oyunları heç kim izləməyəcək. Çünki futbol gülünc vəziyyətə düşür".
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR