idman

"Real Madrid" transfer kampaniyasını başa vurdu

  • 29 Aug 2017
  • 218 baxış

İspaniya "Real Madrid"i yay transfer kampaniyasını yekunlaşdırıb.

XalqTV.com  Report-a istinadən xəbər verir ki, bu barədə futbol komandasının baş məşqçisi Zinəddin Zidan klub prezidenti Florentino Pereslə görüşündə bildirib.

Fransalı mütəxəssis heyətdə güclənməyə artıq ehtiyac duyulmadığını söyləyib. Bu isə Fransa "Monako"sundan Kilian Mbappenin transfer olunacağına dair söz-söhbətə son qoyulduğu anlamına gəlir. 

Qeyd edək ki, bu yay "Real Madrid"ə müdafiəçi Teo Ernandes və yarımmüdafiəçi Dani Sebalyos cəlb olunub. Əvəzində komandanı hücumçu Alvaro Morata, yarımmüdafiəçi Xames Rodriges və müdafiəçilər Danilo, Fabio Koentrau və Pepe tərk edib. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR