idman

Asiman Qurbanlı: "Sevincimi ifadə etməyə söz tapmıram" - FOTO

  • 14 May 2017
  • 241 baxış

"Sevincimi ifadə etməyə söz tapmıram".

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu İslam Həmrəyliyi Oyunları çərçivəsində karate (kumute) yarışlarında bürünc medal qazanmış Azərbaycan karateçisi Asiman Qurbanlı deyib.

İdmançı qeyd edib: "Hisslərimi sözlə ifadə etmək çətindir. Hədsiz sevincliyəm. Təxminən bir ilə yaxındır ki, qızıl qazanmaq üçün ciddi-cəhdlə işləyirəm. Təssüf ki, qazana bilmədim. Amma özümə söz verdim ki, bu yarışlardan medalsız ayrılmayacam və qazandım".

A.Qurbanlı qələbəni anasına həsr etdiyini vurğulayıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR