İqtisadiyyat

Prezident Astarada yol tikintisinə 8,5 milyon manat ayırdı

  • 28 Aug 2017
  • 270 baxış

Prezident İlham Əliyev Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR