idman

"Liverpul" "Arsenal"a futbol dərsi keçdi - VİDEO

  • 28 Aug 2017
  • 205 baxış

İngiltərə Premyer Liqasında III həftənin ən vacib oyununda "Liverpul" "Arsenal"a 4 qol vurdu.

XalqTV.com bildirir ki, bu oyundakı qələbə "qırmızılar"ın xalını 7-yə çatdırdı.

"Anfield Road"da baş tutan matça ev sahibi daha sürətli başlayıb. Belə ki. 17-ci dəqiqədə başla zərbəni dəqiq yerinə yetirən Firminyo komandasını 1:0 önə keçirib.

İlk hissəni rəqibindən daha üstün oynayan "Liverpul" 40-cı dəqiqədə hesabı 2:0 etməyi bacardı. Saidu Mane sol cinahdan cərimə meydançasına daxil olub baxımlı qola imza atdı.

"Liverpul" matçın ikinci hissəsində də fırtına kimi əsdi. 57-ci dəqiqədə Mohammad Salahla aradakı fərqi 3-ə çıxaran Mersisayd klubu 77-ci dəqiqədə oyuna yenicə girən Daniel Stariclə hesabı 4:0 etdi.

Adil Nəcəfov
XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR