idman

Şevçenko: "Onların hansı klubdan gəlməsi məni maraqlandırmır"

  • 27 Aug 2017
  • 239 baxış

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko komandaya "Dinamo"dan daha çox futbolçu çağırmasına münasibət bildirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis bunları deyib:

"Milli komandaya "Dinamo"dan çox, "Şaxtyor"dan az futbolçu dəvət etməyim barədə danışıqlar cəfəngiyyatdır. Bölücülük etmək lazım deyil. Bu komanda bütün ölkəni təmsil edir. Bu gün "Dinamo", sabah "Şaxtyor"dan daha çox futbolçu ola bilər. Mən formda olan futbolçuları dəvət edirəm. Onların hansı klubdan gəlməsi məni maraqlandırmır. İstərdim ki, millidə daha çox klubun futbolçusu olsun. Amma hələlik bu alınmır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR