Fransanın yeni prezidenti and içdi, vəd verdi - FOTO
Rəsmi inaqurasiyasından sonra Fransanın ən gənc prezidenti 39 yaşlı Emmanuel Makron ölkənin beynəlxalq şöhrətini bərpa etməyi vəd edib.
"Mənim mandatım fransızlara özlərinə əminliyi geri vərəcək," prezident Makron inaqurasiya mərasimində deyib.
O, vəzifədə olduğu vaxtda Avropa İttifaqını "islahatdan keçirməyi və yeniləməyi" vəd edib.
XalqTV.com BBC-yə istinadən bildirir ki, E.Makron hakimiyyətdə olduğu 5 il müddətində ən böyük işsizlik nistbəti ilə üzləşən Fransua Hollanddan sonra prezidentlik vəzifəsini icra edəcək.
Keçən həftə, Emmanuel Makron prezident seçkilərinin ikinci mərhələsində 65 faiz səs toplayaraq rəqibi, ifrat sağçı Milli Cəbhə partiyasının rəhbəri Marin Le Peni məğlub edib.
Keçmiş investisiya bankiri Emmanuel Makron, bundan əvvəl seçkilərdə iştirak etməyib və mərkəzçi siyasi hərəkatını yalnız keçən il təsis edib.
O, ölkənin siyasi nizamını dəyişəcəyini və iqtisadiyyatını canlandıracağını deyib.
İlk çıxışında, cənab Macron "cəmiyyətdəki bölmələri və çatları" aradan qaldırmaq lazım olduğunu vurğulayıb.
Fransuas Holland varisinə Fransanını nüvə kodlarını verdikdən sonra vəzifəsində uğurlar arzulayıb.
"İndi birliyin və azadlığın lehinə çıxan güclü bir Fransa dünyaya və Avropaya həmişəkindən daha çox lazımdır", o bəyan edib.
Prezident Makron Fransa xalqına "Fransanın gücünün tükənmədiyini" göstərəcəyini və ölkənin "yeni bir intibah dövrünün eşiyində" olduğunu deyib.
Makron yüksək işsizlik nisbəti və yavaşlayan iqtisadi artım kimi böyük problemlərlə üzləşir.
Bazar ertəsi günü, onun yeni baş nazir təyin etməsi gözlənilir. Bundan sonra, prezident Almaniya kansleri Angela Merkel ilə görüşmək üçün Berlinə gedəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində