idman
Valverde: "Bizim artıq 6 xalımız var"
"Barselona"nın baş məşqçisi Ernesto Valverde Primeranın 2-ci turunda "Alaves" üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəsis yeni futbolçuların transferini istisna etməyib.
"Oyunda gərgin mübarizə getdi, səbirli olmaq lazım gəldi. Rəqib kompakt oynadı. Onlar meydanda sıxlıq yaratmaqla bizə ötürmə etməyə imkan verməməyə çalışırdı. Birinci qoldan sonra boş zonalar əldə etdik. Biz çətinlikləri geridə qoyduq, artıq 6 xalımız var. Transfer pəncərəsinin bağlanmasına kimi heyətimiz gücünü artıracaq. Buna hazırıq".
XalqTV.com
RƏYLƏR