idman

"Qarabağ"ın rəqibi "İnter"ə məğlub oldu

  • 27 Aug 2017
  • 224 baxış

Futbol üzrə İtaliya çempionatında 2-ci turun oyunları keçirilib.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Roma" da növbəti matçına çıxıb. Paytaxt klubu doğma meydanda "İnter"lə qarşılaşıb. Dörd qolun vurulduğu oyun "canavarlar"ın məğlubiyyəti ilə başa çatıb - 1:3. Romalılar görüşdə hesabı açmalarına baxmayaraq, görüşün sonlarında buraxdıqları qollar nəticəsində məğlubiyyətlə barışmalı olublar.

İki turdan sonra "Qarabağ"ın rəqibi 3 xalla 20 klub arasında 8-cidi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR