idman

Qurban Qurbanov: "Məğlub olmağa da hazır idim"

  • 27 Aug 2017
  • 237 baxış

Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ" evdə "Qəbələ"ni 2:1 hesabıyla məğlub edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:

"Ağır oyun idi. Bu oyunda məğlub olmağa da hazır idim. Şükür ki oyunçularımız yaxşı mübarizə apardılar. Rəqibin sürətli hücumları zamanı bəzi boşluqlar verirdik. Bu gün rəqib də qalib gələ bilərdi. Onlara gələn oyunlarda uğurlar arzulayıram".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR