Siyasət

Azərbaycan Prezidenti moldovalı həmkarını təbrik edib

  • 26 Aug 2017
  • 269 baxış

Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodona təbrik məktubu göndərib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Moldova Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah diləyirəm".

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR