idman
Pike pokerdən də pul qazanır
"Barselona"nın müdafiəçisi Jerar Pike "No Limit Holdem" poker turnirinə qatılıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 12 saatlıq oyundan sonra katalon müdafiəçi 5-ci olub. 30 yaşlı futbolçu masanı 129 min 350 avro qazanıb. Poker turnirində iştirak üçün 25 min avro tələb olunub. İştirakçıların sayı isə 66 nəfər təşkil edib.
Daha öncə 4 dəfə bu turnirə qatılan Pike ən yaxşı nəticəyə 2011-ci ildə nail olmuşdu. Həmin vaxt 5 min pul ödəyən futbolçu 3-cü olmaqla 40 min 950 avro qazanmışdı.
XalqTV.com
RƏYLƏR