DÇ: İdmançımız bürünc medal uğrunda güləşəcək
Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatında bu gün daha bir güləşçimiz medal uğrunda döşəyə çıxacaq.
XalqTV.com xəbər verir ki, dünya çempionatında sərbəst güləş yarışlarında 86 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Aleksandr Qostiyev bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Rusiya təmsilçisi Vladislav Valiyev olacaq.
Xatırladaq ki, A.Qostiyev 1/16 final mərhələsində Qırğızıstan güləşçisi Bəxtiyar Qaragül Uuluya (10:0), 1/8 finalda Gürcüstan güləşçisi Davit Xutsişviliyə (4:0) qalib gəlsə də, 1/4 finalda iranlı Həsən Əliəzəm Yazdaniçaratiyə (0:10) məğlub olub. Lakin onun rəqibi finala vəsiqə qazandığından təmsilçimiz bürünc medal uörunda təsəlliverici görüşə çıxmaq imkanı əldə edib. Təsəlliverici görüşdə Moldova idmançısı Pyotr Yanulova 5:2 hesabı ilə qalib gələn təmsilçimiz bürünc medal uğrunda güləşmək hüququ qazanıb.
/>
Əlavə edək ki, 61 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Hacı Əliyev dünya çempionatının finalına vəsiqə qazanıb. Onun rəqibi Rusiya idmançısı, dağıstanlı güləşçi Hacımurad Rəşidov olacaq. Əgər Hacı Əliyev bu görüşdə qalib gəlsə, Azərbaycan idman tarixində üçqat dünya çempionatı adını qazanmış ilk güləşçi olacaq.
Qeyd edək ki, final və bürünc medal uğrunda qarşılaşmalar Bakı vaxtı ilə saat 21:00-dan etibarən başlayacaq.
Zəfər Tağı
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində