idman

DÇ-2017: Hacı Əliyev finala yüksəldi

  • 25 Aug 2017
  • 243 baxış

Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə güləş üzrə dünya çempionatının finalına yüksəib.

XalqTV.com Trend-ə istindən bildirir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev 1/16 finalda qırğızıstanlı Alibek Osmonov (8:0), 1/8 finalda Yaponiya təmsilçisi Rinya Nakamura (10:1), 1/4-də isə slovakiyalı idmançı Mikola Bolotnyuk (10:0) üzərində inamlı qələbə qazanıb.

Yarımfinalda kubalı Yovlis Bonne Rodrigesi vaxtından əvvəl - 2 dəqiqə 13 saniyəyə məğlub edən H.Əliyev finala yüksəlib.

Digər təmsilçilərimiz Mahir Əmiraslanov (57 kq) 1/16, Aleksandr Qostiyev isə (86 kq) 1/4 finalda məğlub olublar.

Xatırladaq ki, dünya çempionatında yığmamıza hələlik yeganə - bürünc medalı yunan-Roma güləşçimiz Elvin Mürsəliyev (80 kq) qazandırıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR