"Azərbaycana səfərin nə olduğunu bilirik" - Klemente Villaverdi
"Çelsi" və "Roma" ilə avrokuboklarda qarşılaşmışıq. Azərbaycan klubunun burda olması bir az gözlənilməz idi. Amma onlar bu mərhələyə çıxdığından artıq bunu demək olmaz".
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bunu Madrid "Atletiko"sunun direktoru Klemente Villaverdi deyib.
İspaniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində "Çelsi", "Roma" və "Qarabağ"la C qrupunda mübarizə aparacaq. Püşkü dəyərləndirən Villaverdi bildirib ki, Azərbaycana səfər yorucu olacaq: "Əvvəlki illərdə də uzaq səfərlər etdiyimizdən Azərbaycana yollanmaq da bizim üçün qeyri-adi sayılmayacaq. Bakıya yol çox uzundu. Lakin yaxşı haldı ki, əvvəllər də Azərbaycanda olmuşuq. Ora səfərin nə olduğunu bilirik. Amma əsas məsələ bizim burda olmağımız, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparmağımızdı. Ən azı bir il demək olar ki, biz Avropanın ən yaxşılarındanıq və əsaslarımız da olacaq".
Qeyd edək ki, "Qarabağ" - "Atletik" oyunu oktyabrın 18-də olacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində