Siyasət

Mövlud Çavuşoğlu "Qarabağ"ı təbrik etdi

  • 25 Aug 2017
  • 250 baxış

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın "Qarabağ" futbol klubunu Çempionlar Liqasına çıxması münasibətilə təbrik edib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb:

"Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" futbol komandasını təbrik edirik".

Qeyd edək ki, "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR