"Atletiko"ya qol vuran "Qarabağ"lı - VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində "Çelsi", "Roma", "Atletiko" kimi nəhənglərlə oynayacaq "Qarabağ"ın bəzi futbolçuları bu klublara qarşı çıxış edib.
XalqTV.com -ya istinadən xəbər verir ki, onlardan hətta bu klublara qol vuran futbolçular da var.
Bunlardan birincisi Ağdam klubunun yarımmüdafiəçisi Miçel Maderadır. İspaniyalı oyunçu ölkəsinin çempionatılnda oynadığı vaxtlarda dəfələrlə "Atletiko" ilə üz-üzə gəlib. Yarımmüdafiəçi hətta bu oyunlarda qola da sevinib.
Madera "Atletiko"ya qarşı ilk oyununu 2008/2009-cu il mövsümündə keçirib. Həmin matçda madridlilər 3:1 hesablı qələbə qazanıb.
2011/2012-ci il mövsümündə "Xetafe"də çıxış edən Madera "Atletiko" ilə oyunda 49-cu dəqiqədə Madrid klubunun qapısına yol tapıb. Həmin oyunda "Xetafe" qələbə qazanıb. Miçel İngiltərə Premyer Liqasında "Çelsi"yə qarşı oynamağa da imkan tapıb. O, "Birmingem"in heyətində 2009/2010-cu il mövsümündə komandasının 0:3 hesabı ilə səfərdə uduzduğu oyunda meydanda olmaq şansı əldə edib.
"Bakı" klubunun yetirməsi Mahir Mədətov "Atletiko"ya qarşı forma geyinmək şansı əldə edib. O, 2013-cü ildə Tofiq Bəhramov adına Respublika stadionunda Madrid təmsilçisinə qarşı meydana çıxıb. Bu matçda "Bakı" 0:3 hesabı ilə uduzmuşdu.
"Qarabağ"ın yeni transferi Anton Kanibolotski də "Çelsi" ilə matça canlı şahidlik edənlərdəndir. O, UEFA Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə "Şaxtyor"un evdə 2:1 hesabl ilə qalib gəldiyi, səfərdə 2:3 uduzduğu qarşılaşmalarda Ukrayna klubunun heyətində olub. Lakin o, meydana çıxmayıb. Həmin il qrupdan məhz "Şaxtyor" növbəti mərhələyə vəsiqə qazanmışdı. London klubu isə qrupda 3-cü olmuşdu.
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Digər maraqlı xəbərlər səhifəsində