Neymar "Barselona"dan FİFA-ya şikayət etdi
Braziliyalı ulduz Neymardan "Barselona"dan FİFA-ya şikayət edib.
XalqTV.com bildirir ki, Fransanın PSJ klubuna 222 milyon avroluq rekord məbləğlə transfer olan braziliyalı ulduz ilə keçmiş komandası "Barselona" arasında gərginlik davam edir.
Neymar Sosial Məhkəməyə müqavilə maddələrini pozduğu üçün 8,5 milyon avro tələb edən "katalonlar" barəsində FİFA-ya müraciət edib.
EFE-nin xəbərinə görə, Neymar FİFA-ya "Barselona" ilə ilk müqavilə yeniləməsindəki ikinci ödəməni etmədiyi səbəbiylə klubdan 26 milyon avro tələb edir.
"Barselona"nın transferə qarşı çıxmasına baxmayaraq, 222 milyon avroluq sərbəst qalma məbləğini ödəyərək ispan klubundan ayrılan Neymar Fransanın PSJ klubu ilə razılaşmışdı.
Adil Nəcəfov
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində