idman

"Fənərbağça"dan şok məğlubiyyət!

  • 25 Aug 2017
  • 224 baxış

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.

XalqTV.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu səfərdə 0:2 hesablı məğubiyyətin revanşında Makedoniyanın "Vardar" klubu ilə qarşılaşıb.

Matçda hesabı İstanbul təmsilçisi açsa da, sonrakı dəqiqələrdə 2 qol buraxaraq məğlub olub.

Beləliklə, cütlüyün favoriti hesab edilən "Fənərbağça" gözlənilməz şəkildə mübarizəni dayandırıb. "Vardar" isə qrup mərhələsinə vəsiqə qazanıb.

"Fənərbağça" - "Vardar"  -  1:2 (İlk oyun - 0:2)

Qollar: 61 - Neuştadter (1:0), 68 - Ciqauri (1:1), 90+1 - Qliqorov (1:2)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR