Türk şərhçi Elçibəy haqqında: "Çox istəyirdi ki, Azərbaycan-Türkiyə yığmaları..." - VİDEO
"Qarabağ"ın Çempionlar Liqasındakı tarixi uğuru Türkiyə kanallarında da müzakirə olunub.
XalqTV.com baku.ws-ə istinadən xəbər verir ki, "Tivibu Spor" kanalında yayımlanan "Çempionlar Ekranı" verilişində Kerem Gürel və Ali Ece "Qarabağ"ın uğurundan söhbət açıb. Azərbaycan klubuna təriflər yağdıran Ali Ecə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəydən də söz açıb:
"O çox istəyib ki, Azərbaycan-Türkiyə yığmaları arasında qarşılaşma olsun. Çox millətçi adam olub. Mənim bir müəllimim var idi. O, Elçibəyə çox bənzəyirdi. Tarix yazan klubun adını daşıyan bölgə Dağlıq Qarabağdır. Qarabağla bağlı müharibə dövründə izlədiyimiz xəbərlər uşaqlığımızın kabusu idi. O günlərdən, bu günlərə gəlmələri çox gözəl".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində