Siyasət

Astan Şahverdiyev: ""Qarabağ"ın qələbəsi məni maraqlandırmır"

  • 24 Aug 2017
  • 279 baxış

Millət vəkili Astan Şahverdiyev "Qarabağ" FK-nın qələbəsi ilə bağlı münasibət bildirib.

XalqTV.com bildirir ki, A24.az-ın əməkdaşıyla söhbətində millət vəkili "Qarabağ FK" ilə maraqlanmadığını deyib:

"Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, "Qarabağ" Futbol Klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu, bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi "Qarabağ" məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarıblar. Bu, artıq bayram olar. "

Qeyd edək ki, "Qarabağ" FK ötən gün Azərbaycan klubları arasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR