idman
Yığmanın məşqçisi: "Gəlmişik sübut edək ki, Azərbaycan karatedə təsadüfi qonaq deyil"
Biz gəlmişik bütün müsəlman dünyasına deyək ki, Azərbaycan karatedə təsadüfi qonaq deyil.
XalqTV.com Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın karate üzrə milli yığmasının məşqçisi Vahid Ayvazov deyib.
Məşqçi deyib: "Bu gün qızıl medal qazanmağı və bütün Azərbaycanı sevindirməyi çox istəyirik. Əgər Roma Heydərov qələbə qazansa, bu, İslam Oyunları tarixində karate-kata üzrə bizim ölkənin qazandığı ilk qızıl medal olacaq".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR