idman
İslamiadada idman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan komandası gümüş medal qazanıb - FOT
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman gimnastikası üzrə Murad Ağarzayev, Bense Talas və Timur Bayramovdan ibarət Azərbaycan komandası gümüş medal qazanıb.
XalqTV.com-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycan idmançıları 6 hərəkətin yekunu üzrə 161,700 xal toplayıblar.
Yarışlarda qızıl medala 163,450 xalla Türkiyə, bürüncə isə 152,150 xalla İran komandası sahiblənib.
Bundan əvvəl isə idman gimnastikası üzrə qadınlardan ibarət Azərbaycan komandası qızıl medal qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR