Azərbaycan neftinin qiyməti 54 dollara çatır
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 21-də 53,72 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,33 dollar/barel çoxdur.
XalqTV.com Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 21-də 53,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 21-də 50,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 21-də 51,61 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində