idman
Qvardioladan Messi açıqlaması
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola sabiq futbolçusu Lionel Messi haqqında danışıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, Britaniya mətbuatına açıqlama verən 46 yaşlı çalışdırıcı Neymarın PSJ-yə 222 milyon avroya transfer olunmasına toxunaraq bildirib: "Əgər futbolçular üçün bu qədər pullar verirlərsə, deməli, Messinin də təzminat qiymətini (300 milyon - red.) ödəyən biri ola bilər".
Qeyd edək ki, argentinalı ulduzun Kataloniya klubu ilə müqaviləsi 2018-ci ildə başa çatır. Bugünlərdə klub Messi ilə razılıq əldə olunduğunu rəsmən açıqlasa da, hələlik tərəflər yeni müqavilə bağlamayıblar.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR