idman

Güləşçimiz erməni idmançıya qalib gəldi

  • 22 Aug 2017
  • 253 baxış

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, ikinci yarış günündə 59 kq çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov 1/16 finalda Belarus idmançısı Maksim Kazarskiyə 2:1 hesabı ilə qalib gəlib. 1/8 finalda moldovalı Viktor Çiobanudan da üstün olan təmsilçimiz (12:9) növbəti mərhələdə qırğızıstanlı Kanibek Jolçubekovla qarşılaşacaq.

80 kq çəki dərəcəsində yarışan idmançımız Elvin Mürsəliyev isə 1/16 finalda rusiyalı Roman Vlasovu, 1/8 finalda isə erməni əsilli Polşa təmsilçisi Edqar Babayanı məğlubiyyətə uğradıb - 8:0.

Növbəti mərhələdə E.Mürsəliyev mərakeşli Zied Aid Ouaqramla üz-üzə gələcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR