idman

Azərbaycan karateçiləri İslamiadada yarımfinala çıxıblar

  • 14 May 2017
  • 243 baxış

İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlarda Azərbaycan idmançıları Asiman QurbanlıAyxan Mamayev yarımfinala çıxıblar.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, 84 kiloqramdan yuxarı çəki üzrə mübarizə aparan Asiman Qurbanlı pakistanlı Məhəmməd Ramzana 5:1 hesabı ilə qalib gəlib.

Ayxan Mamayev (84 kq-a qədər) əlcəzairli karateçi Muad Açaçini 5:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR