idman

İngiltərə millisinin sabiq baş məşqçisi "Makkabi"də

  • 21 Aug 2017
  • 240 baxış

İngiltərə millisinin sabiq baş məşqçisi Stiv Maklaren özünə yeni iş yeri tapıb.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, ingilis mütəxəssis İsrailin "Makkabi" (Təl-Əviv) klubunun məşqçilər korpusunda yer alacaq. Bu barədə Təl-Əviv təmsilçisinin rəsmi saytı məlumat yayıb. Makleren "Makkabi"də baş məşqçi Yordi Kroyfa kömək edəcək.

Xatırladaq ki, 56 yaşlı mütəxəssis bundan öncə "Tvente", "Nottingem Forest", "Volfsburq", "Midlsbro", "Nyukasl" kimi klublarda çalışıb. Onun son iş yeri "Derbi Kaunti" olub. Maklaren burdan ötən mövsümün gedişində, mart ayında ayrılıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR