Elxan Abdullayev "31"lə getdi
"Neftçi"nin baş məşqçisi postundan istefa verən Elxan Abdullayev Bakı klubuna 31 matçda rəhbərlik edib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis 11 aylıq fəaliyyətində cəmi 10 qələbə qazanıb.
2016-cı il sentyabrın 18-dəki debüt matçında "İnter"ə 1:2 hesablı məğlubiyyətə üzülən Abdullayev bu il avqustun 19-da "Səbail"ə 0:1 hesabı ilə uduzaraq postuna vida edib.
Bu, çalışdırıcının rəhbərliyi altında 18-ci yenilgi olub. Abdullayev 11 ayda 3 heç-heçə görüb. Onun yetirmələri 29 qol vurub və 38-ni buraxıb. Təbii ki, "Zirə"yə məğlubiyyət zamanı olan texniki nəticə top fərqində nəzərə alınmır.
Premyer Liqadakı 26-cı matçda 16-cı dəfə xalsız qalan "ağ-qaralar" 8 qələbə qazanıb və 2 heç-heçə edib. Çempionatdakı top fərqi 23:34-dü.
Ölkə kubokundakı 5 matçda isə 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət yaşanıb. 6 qol vuran bakılılar 4 top buraxıb.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində