idman

Konte Moratadan danışdı

  • 21 Aug 2017
  • 227 baxış

"Çelsi"nın baş məşqçisi Antonio Konte klubun hücumçusu Alvaro Morata haqqında danışıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis, seçiminin futbolçuların transfer qiymətindən asılı olmadığını bildirib: "Bəlkə, mövcud bazar şərtlərində, Morat üçün 56 milyon yaxşı qiymətdir. Ötən mövsüm Benzema ilə rəqabət səbəbiylə "Real Madrid"də müntəzəm olaraq oynamaq imkanı qazanmadı. Belə hallarda oyunçular bəzən fiziki formalarını itirirlər. Onlara güclərini bərpa etmək üçün vaxt lazımdır. Biz Moratanın "Çelsi"də mütəmadi əsas heyətdə oynamasını istəyirik. O "Stemford bric"in ulduzu olacaq. Bir futbolçu üçün çox pul ödəyib, onu ehtiyat oyunçu skamyasında əyləşdirmək olar. Səbəb onun oynamağa hazır olmaması ola bilər. Bu halda ən yaxşısı futbolçunun ideal formasını gözləməkdir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR