idman
"Dünyanın ən yaxşı qapıçısı bizdədir"
İtaliya çempionatının açılış matçında "Yuventus" "Kalyari" üzərində 3-0 hesablı qələbəyə sevinib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "qoca sinyora"nın baş məşqçisi Massimiliano Alleqri oyundan sonra verdiyi açıqlamada qapıçı Canluici Buffonun oyununu yüksək qiymətləndirib:
"Videohakimdən istifadə zaman alır. Bu halda, qapımıza cərimə zərbəsi təyin edildi, xoşbəxtlikdən dünyanın ən yaxşı qapıçısı bizə məxsusdur. Buffon bizim bir çox problemlərimizi həll edir. Bu epizoddan sonra müdafiəçilərimiz yaxşı çıxış etdi. Nəticədə inamlı oyunla qələbə qazandıq. Ümumi nəticədən razı qaldım".
XalqTV.com
RƏYLƏR