Cerrard: "Özil komanda yoldaşlarına kömək etmir"
"Liverpul"un gənclər komandasının baş məşqçisi Steven Gerrard İngiltərə Premyer Liqası çərçivəsində baş tutan "Stoke City" - "Arsenal" (1-0) matçında orta sahə oyunçusu Məsud Özilin oyunu haqqında fikirlərini bölüşüb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Liverpul"un əfsanəvi kapitanı Özilin oyununu qənaətbəxş hesab etmir.
"Ozil dünya səviyyəli futbolçu olsa da, məni məyus etdi. Onun reaksiyaları və jestləri ilə əlaqədar narahatlıq duyuram. Özil top itiriləndə komandasına kömək etmir. Öz mövqeyində kifayət qədər uğurlu oynasa da, yaradıcı oyuna üstünlük verir. Futbol isə kollektiv oyundur. Özil top almaqdan çox, topa sahib olmaqdan zövq alır. Onun kimi bacarıqlı oyunçular yeri gələndə "qara" işlə də məşğul olmalıdırlar - komanda yoldaşları üçün işləməlidirlər", - Cerrard bildirib.
Xatırladaq ki, Özilin "Arsenal" ilə müqaviləsi 2018-ci ilin iyununda başa çatır. Londonluların 28 yaşlı alman yarımmüdafiəçi ilə həftədə 300 min funt sterlinq əmək haqqı olmaqla yeni müqavilə imzalanacağı gözlənilir.
XalqTV.com