İqtisadiyyat

Moody's Azərbaycanın reytinqini aşağı saldı

  • 19 Aug 2017
  • 283 baxış

Moody's Azərbaycan hökumətinin emitent və təminatsız borc reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirib.
 
XalqTV.com "Marja"ya istinadən xəbər verir ki, reytinqin proqnozu "stabil"dir.
 
 Moody's  həmçinin "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin təminatsız borc reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirib.
 
Reytinqlərin azaldılması Azərbaycanın  fiskal və iqtisadi gücünün zəifləməsini əks etdirir. Neftin aşağı qiymətləri aşağı olması, istehsalın azalması, bank sisteminin çox zəif olması iqtisadi artımı məhdudlaşdırır. Eyni zamanda dövlət borcu çox yüksək səviyyədədir. Bütün bunlar ölkənin borclarını geri qaytarmamaq risklərini artırır.
 
Moody's Uzunmüddətli Korporativ Öhdəliyi Reytinqinin ikinci səviyyəsi olan "Ba2"  borcun "əhəmiyyətli kredit riski"nə məruz qala biləcəyini əks etdirir. Riskli öhdəliklər spekulyativdir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR