Dünya
Barselonadakı terrorda şübhəli bilinən 3 nəfər məhv edilib
İspaniya polisi Barselonada törədilən terror aktlarında şübhəli bilinən 3 nəfəri məhv edib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə "El Mundo" qəzeti yazıb.
Bundan əvvəl Barselonanın mərkəzində avtomobili piyadaların üzərinə sürən terrorçunun öldürüldüyü bildirilirdi.
Ötən gün Barselonanın mərkəzində naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Son məlumatlara əsasən, İspaniyada törədilən terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.
XalqTV.com
RƏYLƏR