idman

Baş məşqçidən Mbappeyə cəza

  • 19 Aug 2017
  • 219 baxış

Fransanın "Monako" klubunun baş məşqçisi Leonardo Yardim komandanın hücumçusu Kilian Mbappeni cəzalandırıb.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, baş məşqçi klubdan ayrılmaq istəyən futbolçunu Liqa 1-in ikinci turu çərçivəsində "Mets"ə qarşı səfərdə baş tutacaq oyun üçün heyətə daxil etməyib. Yardim 18 yaşlı hücumçunu ötən həftə "Dijon"la oyunun heyətinə də daxil etməmişdi.

Mbappe "Barselona" və PSJ kimi klubların transfer hədəfindədi.

Bir neçə gün öncə "knyazlıq klubu"nun məşqində komandanın braziliyalı futbolçusu Fabinyo ilə Mbappe arasında münaqişə yaşanmışdı. Nəticədə, braziliyalı futbolçu məşqi yarımçıq tərk etmişdi.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR