idman

Əzəli rəqib qalib gəlsə, ətək geyinəcək

  • 18 Aug 2017
  • 214 baxış

Rumıniyanın "Dinamo" klubunun baş məşqçisi Kosmin Kontra maraqlı vəd verib.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Kontra əzəli rəqib "Styaua"nın Çempionlar Liqasının pley-off mərhələsində "Sportinq"ə qalib gələcəyi təqdirdə, mətbuat konfransına ətək ilə daxil olacağını bildirib. Bu komandalar arasında Portuqaliyada baş tutan ilk qarşılaşma 0:0 hesabı ilə nəticələnib:

"Lissabonda "Styaua" yaxşı oyun göstərdi. Mən onlara daha yaxşı nəticə göstərmək üçün kömək etmək istəyirəm. Vəd verirəm, "Styaua" ÇL-in qrup mərhələsinə vəsiqə qazansa, mətbuat konfransına ətəkdə gələcəm".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR