"Qəbələ" ilə oyun olacaq? - "Qalatasaray" rəsmisindən açıqlama - YENİLƏNİB
17:24
Bu gün Türkiyə mətbuatında "Qalatasaray" və "Qəbələ" klubları arasında sentyabrın 2-si və 3-də yoldaşlqı görüşü baş tutacağı haqqında xəbərlər yayılmışdı. "Sabah" qəzetinin yaydığı məlumata görə, komandalar hazırda bu mövzuda danışıq aparır.
XalqTV.com bildirir ki, "Qalatasaray"ın idman direktoru Cenk Ergün isə qafqazinfo-ya verdiyi açıqlamada məlumatı təkzib edib.
/>
O bildirib ki, belə bir oyun gündəmdə deyil:
" Yayılan xəbərlər yanlışdır. Belə bir oyun hazırki durumda gündəmdə deyil".
----------
10:38
"Qəbələ" Türkiyənin "Qalatasaray" klubu ilə yoldaşlıq matçı keçirəcək.
XalqTV.com yenicag.az-a istinadən xəbər verir ki, matçın sentyabrın 2-də və ya 3-də keçirilməsi planlaşdırılır.
Tərəflər arasında matçın Bakıda keçiriləcəyi bildirilir. Bu iddia ilə qardaş ölkə mətbuatı çıxış edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində