idman
Məşhur basketbolçu vəfat etdi
Tanınmış amerikalı basketbolçu Tom Hokins vəfat edib.
Hokins "Notr-Dam" kollecinin komandasının ilk qaradərili basktebolçusu olub. O, peşəkar karyerasını başa vurduqdan sonra radio və televiziyada şərhçi kimi fəaliyyət göstərib. Həmçinin "Los-Anceles Docers" beysbol klubunun vitse-prezidenti olub.
Qeyd edək ki, Tom Hokins "Minneapolis Lakers", "Los-Angeles Lakers" və "Sakramento Kings" klublarında çıxış edib.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR