idman
PSJ-dən "Yuventus"a - RƏSMİ
PSJ-nin futbolçusu Blez Matuidi "Yuventus"a keçir.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı xəbər yayıb.
Bu gün Turinə gedən fransalı yarımmüdafiəçi tibbi müayinədən uğurla keçib. Onunla axşam saatlarında müqavilə imzalanacağı bildirilir.
"Yuventus" bu transfer üçün Paris təmsilçisinə 25 milyon avro ödəyəcək.
Qeyd edək ki, Fransa millisinin üzvü 2011-ci ildən PSJ-də çıxış edirdi.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR