idman

Rövnəq Abdullayev AFFA-da "at oynadan" bacıları işdən kənarlaşdırıb?

  • 17 Aug 2017
  • 236 baxış

Bir müddət öncə Azərbaycan Futbol Federasiyaları Assosasiyasında (AFFA) "at" oynadan Xanım Sevinc Hüseynova bacıları barədə mətbuatda geniş məlumat verilmişdi.

XalqTV.com xəbər verir ki, modern.az-ın yazdığına görə, məsələ geniş şəkildə ictimailəşdiyindən bu, AFFA-nın prezidenti Rövnəq Abdullayevin də diqqətini cəlb edib.
 
Məsələyə kəskin etiraz edən AFFA prezidenti belə halların yolverilməzliyini, bunun AFFA kimi nüfuzlu bir qurumun imicinə böyük zərbə olduğunu bildirib. Bundan sonra o, məsələnin araşdırlmasına, bacıların işdən kənarlaşdırılmasına göstəriş verib.
 
Məlumata görə, bacılar məzuniyyət adı ilə işdən kənarlaşdırılıblar. Məlumatı dəqiqləşdirmək üçün modern.az-ın əməkdaşı AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb.
 
AFFA rəsmisi  Xanım və Sevinc adlı bacıların işdən azad olunduğu barədə yayılan məlumatlar barədə bunları deyib.
 
"Mən hazırda məzuniyyətdəyəm. Səhv etmirəmsə, hazırda onlar da məzuniyyətdədir. Onların heç biri işdən azad olunmayıb. Məzuniyyətlərini tam başa vurduqdan sonra yenidən işə qayıdacaqlar".
 
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda iki bacının AFFA-da "at" oynatdığı barədə geniş məlumatlar yer almışdı.

Ölkə mətbuatı məsələ ilə bağlı geniş açıqlama gözləsə də, AFFA, sanki, bu hadisələr olmayıb kimi davrandı. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR