idman
Azərbaycan çempionu Türkiyə klubu ilə anlaşdı
"Azərreyl"in sabiq baş məşqçisi Bülənt Karslıoğlu özünə yeni iş yeri tapıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, 2016-cı ildə "dəmoryolçular"la çempion olan türkiyəli mütəxəssis karyerasını vətənində davam etdirəcək.
O, 1 illik istirahətdən sonra "Nümunə" ilə çalışmağa qərar verib. Karslıoğlu məşqçilik karyerasına başladığı I liqa klubu ilə 2017/2018 mövsümü üçün müqavilə bağlayıb.
Qeyd edək ki, 2011-2016-cı illərdə Azərbaycanda işləyən Karslıoğlu "İqtisadçı" və "Lokomotiv" klublarında da çalışıb. O, həmçinin kişilərdən ibarət yığmamızın baş məşqçisi olub.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR