idman

Zidan: "Ronaldoya verilən cəza çox ağırdır"

  • 15 Aug 2017
  • 231 baxış

"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Kriştianu Ronaldunun 5 oyunluq cəzalandırılmasına münasibət bildirib.

XalqTV.com  qol.az-a istinadən xəbər verir ki, o, bu cəzanın yanlış olduğunu deyib: "Çox məyusam. Hakimlik haqda danışmaq istəmirəm. Epizoda baxıram və düşünürəm ki, necə ola bilər ki , buna görə 5 oyunluq cəzalandırılmaq olar? Bu, çox ağır cəzadır. Ronaldu oynamaq istəyir. O, meydanda çıxmamaqdan məmnun deyi. Ümid edirəm ki, komitə vəziyyətə baxacaq".

Qeyd edək ki, "Barselona"ya qarşı keçirilən superkubokun ilk oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rikardo de Burqosu Benqonçeanı itələyən portuqaliyalı ulduz 5 oyunluq cəzalandırılıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR