idman
Ramil Quliyevin qələbəsi Britaniya mətbuatında geniş işıqlandırılıb
Azərbaycanlı atlet Ramil Quliyevin Londonda keçirilən dünya çempionatının qəlibi olması Böyük Britaniya mətbuatında geniş işıqlandırılıb.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, Ramil Quliyevin qələbəsi ölkənin "Insidethegames.biz" idman portalı, "The Guardian" qəzeti və digər mətbuat orqanlarının diqqət mərkəzində olub.
Yazılarda qeyd edilir ki, təcrübəli atlet dünya çempionu olmaqla adını tarixə yazdırdı. Vurğulanır ki, Türkiyəni təmsil etməsinə baxmayaraq, idmançı öz ölkəsi olan Azərbaycanı unutmadı, çempion olduqdan sonra həm Türkiyənin, həm də Azərbaycanın bayraqları ilə dövrə vurdu.
XalqTV.com
RƏYLƏR