idman
"Tofiq Bəhramov" yeniləndi - FOTO
Tofiq Bəhramov adına Respublika stadionunda yenilnmə işləri başa çatıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, "Goal line" sistemi (Qolların avtomatik müəyyənləşdirmə sistemi) qurulub.
UEFA-nın tələblərinə əsasən qurulan bu sistem topun qapı xəttini keçib-keçmədiyini avtomatik müəyyənləşdirəcək.
"Goal line" sistemi Azərbaycanın futbol tarixində ilk dəfə olaraq "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində avqustun 15-də "Kopenhagen"lə keçirəcəyi oyunda tətbiq olunacaq.
Bundan əlavə, Respublika stadionunda UEFA-nın tələbinə əsasən, meydanın kənarında bilbordlar - elektron reklam lövhələri quraşdırılıb. Pley-off matçında bilbordların olması vacibdir.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR