Siyasət

Koçaryan: "Azərbaycanın Türkiyəsi var, Ermənistanın bu cür müttəfiqi yoxdur"

  • 14 Aug 2017
  • 247 baxış

Türkiyə Ermənistana silah satmır və onu silahlandırmır, Rusiya isə bunu edir.

XalqTV.com virtualaz-a istinadən xəbər verir ki, Türkiyənin Azərbaycanı silahlandırması mövzusunu şərh edərkən "Azadlıq" radiosunun erməni xidmətinə bunları Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.

"Türkiyə hələ çoxdan bəyan edib ki, onlar bir millət, iki dövlətdir. Bu mənada hər hansı dövlətin Ermənistanla belə yaxın olacağını gözləmək şişirtmə olardı", - deyən Şavarş Koçaryan etiraf edib ki, Azərbaycanın Türkiyəsi olduğu kimi, Ermənistanın bu cür müttəfiqi yoxdur.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR