2 karateçimiz bürünc medal qazandı - YENİLƏNİB
18:58
Bu gün IV İslam Hərməyliyi Oyunları çərçivəsində karate yarışlarının final mərhələsi başlayıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, qadın karateçilərin mübarizəsində tatami üzərinə 50 kiloqramadək çəki dərəcəsində Azərbaycan təmsilçisi Nuranə Əliyeva və indoneziyalı idmançı Srunitu Sukatendel çıxıb.
Görüş nəticəsində Nuranə Əliyeva qalib gələrək bürünc medala sahib olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
----------
18:56
Azərbaycanlı karateçi Firdovsi Fərzəliyev (60 kiloqramadək çəki dərəcəsi) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, o indoneziyalı idmançı Suryadi Suryadini məğlub edib.
F,Fərzəliyev rəqibini 6:0 hesabı ilə üstələyib
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com